AZ

Ermənistanın müdafiə nazirinin müşavirinin oğlu həbs edilib

Ermənistanın müdafiə naziri Suren Papikyanın müşavirlərindən birinin oğlu Rustam Stepanyan həbs edilib.

APA Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistanın müdafiə nazirinin müşavirinin oğlu Artaşes Tonoyan həbs olunub.

O, Rustam Stepanyanın (kriminal aləmdə "Qalın Rustam" kimi tanınır) evinin yaxınlığında öldürülən 24 yaşlı Mamikon D.-nin cinayət işi üzrə həbs edilib.

Qeyd edilib ki, bu iş üzrə üç vətəndaş istintaqa cəlb olunub və onlar barədə həbs qərarı verilib.

15 avqustda 24 yaşlı Mamikon D. Prosyan kəndində yaralanmış halda tapılıb. O, xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Qeyd olunur ki, öldürülən Mamikon D. kriminal aləmlə heç bir əlaqəsi olmayan 24 yaşlı gənc olub. Onun hadisə yerində nə üçün olduğu və necə yaralandığı hələlik məlum deyil.

Seçilən
27
3
apa.az

6Mənbələr