Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Ağstafa şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri həyata keçirilir.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, şəhərin Heydər Əliyev prospekti, Nizami Gəncəvi, Mehdi Hüseyn, Ü.Hacıbəyli, H.Arif, M.Ə.Rəsulzadə, R.Alcanov, A.Ələsgər küçələri və Poylu kəndi ərazisində yol nişanlanma xətləri yenilənib.
Ümumilikdə 37 km-dən çox ərazidə xətləmə işləri aparılıb. Hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.
Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.