AZ

Masallıda süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 21 avqust, AZƏRTAC

Daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonunun Təzəkənd kəndində fəaliyyət göstərən, fiziki şəxs Rasim Fazil oğlu Məmmədova məxsus süd qəbulu məntəqəsində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı məntəqədə normativ-hüquqi aktların və sanitar-gigiyenik qaydaların tələblərinin pozulduğu aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
5
azertag.az

8Mənbələr