AZ

Məhşur manyakın oğlu Xarkovda döyüşlərdə həlak olub

Ajans.az SHOT nəşrinə istinadən xəbər verir ki, Yuri Çikatilo müharibənin əvvəlində Rusiyaya qarşı döyüşməyə könüllü gedib. Təxminən 8 ay əvvəl itkin düşən Çikatilonun ölüm xəbəri indi təsdiqlənib. Ukrayna tərəfi onu qəhrəman elan edib və “Şücaət” ordeninə təqdim etməyə hazırlaşır. Məlumata görə, Yuri Çikatilo aliment, kredit və yol pulu ilə bağlı böyük borclarına görə cinayət təqibindən yayınmaq məqsədilə orduya yazılıb. Xatırladaq ki, onun atası Andrey Çikatilo SSRİ tarixində ən qanlı cinayətkar kimi tanınır. O, 1978–1990-cı illər arasında əsasən uşaqlar və qadınlar olmaqla 53 nəfəri amansızlıqla qətlə yetirib və 1994-cü ildə ölüm cəzasına məhkum edilib.

 

Seçilən
76
Ajans.az

1Mənbələr