Azərbaycanın qızlardan ibarət U-16 millisi Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatının B divizionunda ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, yığma komanda İsveç seçməsi ilə qarşılaşıb.
Görüş rəqibin inamlı qələbəsi ilə yekunlaşıb - 87:54.
Azərbaycan komandası avqustun 22-də Niderland, 24-də Slovakiya, 25-də isə Lüksemburq yığmaları ilə üz-üzə gələcək.