AZ

XİN məlumat verir

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Avqustun 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında telefon danışığı aparılıb.

İspaniyanın xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı, Azərbaycan-İspaniya və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub. İqtisadi-ticarət, energetika, turizm, humanitar və təhsil sahələrində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. İspaniyanın Baş nazirinin COP29 çərçivəsində Azərbaycana səfəri məmnunluqla xatırlanıb.

2024-cü ildə Xarici İşlər nazirlikləri arasında təşkil olunmuş siyasi məsləhətləşmələrin davamı olaraq, yaxın vaxtlarda Bakıda keçiriləcək növbəti siyasi məsləhətləşmələrə hazırlıq işləri görüldüyü bildirilib.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov ilə kiprli həmkarı Konstantinos Kombos arasında da telefon danışığı aparılıb.

Kiprin xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı Kiprin 2026-cı ilin ilk yarısında Avropa İttifaqı Şurasına Prezidentliyi çərçivəsində planlar, habelə regional məsələlər müzakirə olunub. Kiprin Aİ sədrliyi dövründə bölgəmizdə sülh prosesinə töhfə verməyə hazır olduğu bildirilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
9
xalqqazeti.az

10Mənbələr