AZ

AMEA nın 80 illiyi münasibətilə döş nişanı hazırlanıb

Missiya.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə döş nişanı hazırlanıb.

Missiya.Az xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyanın 80 illiyinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirədə məlumat verilib.

Bundan başqa, yubiley münasibətilə ilk dəfə olaraq Əziz Səncər, Yusif Məmmədəliyev, Üzeyir Hacıbəyli, Lev Landau döş nişanları da təsis ediləcək.

Akademiyanın 80 illik yubileyi çərçivəsində türk dünyası akademiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsinə dair ayrıca bir iclasın keçirilməsi də nəzərdə tutulub.

İsa Həbibbəyli 80 illik yubileyi ilə əlaqəli ilk dəfə olaraq beynəlxalq elmi təşkilatların rəhbərlərinə, dünyanın müxtəlif qitələrindən olan tərəfdaş Akademiyalarının, o cümlədən türk dünyası akademiyalarının prezidentlərinə dəvət məktublarının göndərildiyini bildirib, artıq onların əksəriyyətinin dəvəti qəbul etdiklərini nəzərə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
5
missiya.az

6Mənbələr