AZ

AMEA-nın 80 illiyi münasibətilə döş nişanı hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyi münasibətilə döş nişanıb hazırlanıb.

"Report" xəbər verir ki, bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyanın 80 illiyinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirədə məlumat verilib. .

Bundan başqa, yubiley münasibətilə ilk dəfə olaraq Əziz Səncər, Yusif Məmmədəliyev, Üzeyir Hacıbəyli, Lev Landau döş nişanlarının təsis ediləcək.

Akademiyanın 80 illik yubileyi çərçivəsində türk dünyası Akademiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsinə dair ayrıca bir iclasın keçirilməsi də nəzərdə tutulub.

Akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyinin ilk dəfə olaraq beynəlxalq elmi təşkilatların rəhbərlərinə, dünyanın müxtəlif qitələrindən olan tərəfdaş Akademiyalarının, o cümlədən türk dünyası akademiyalarının prezidentlərinə dəvət məktublarının göndərildiyini bildirib, artıq onların əksəriyyətinin dəvəti qəbul etdiklərini nəzərə çatdırıb.

Seçilən
36
5
report.az

6Mənbələr