AZ

Vens: “Kiyev zəmanət, Rusiya isə ərazilər istəyir”

AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Nəhayət ki, biz detalları aldıq. Biz onların üzərində işləyirik, lakin hələ hər şeyi düşünməmişik. Ukrayna təhlükəsizlik zəmanəti tələb edir, Rusiya isə Ukraynanın müəyyən ərazilərini istəyir. LakinUkrayna prezidenti Volodimir Zelenski ərazilərlə bağlı məsələni yalnız Vladimir Putinlə müzakirə edəcəyini bildirib”, - ABŞ-nin vitse-prezidenti vurğulayıb.

Vens bildirib ki, Vaşinqton və onun müttəfiqləri Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləməkdə davam edir, lakin onları hələ işləyib hazırlamayıblar.Onun sözlərinə görə, ABŞ nəyin lazım olduğunu anlamayınca, öz üzərinə Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti götürməyəcək.

Siyasətçi gələcək zəmanətlərin“əhəmiyyətli hissəsini”məhz avropalıların öz üzərinə götürməli olacaqlarını bir daha diqqətə çatdırıb.

- Mən düşünmürəm ki, burada biz o yükü daşımalıyıq. Prezident, şübhəsiz ki, Avropanın burada liderlik edəcəyini gözləyir. Hansı formada olursa olsun, avropalılar yükün ən böyük hissəsini öz çiyinlərinə götürməli olacaqlar. Bu, onların qitəsidir, bu onların təhlükəsizliyidir və prezident aydın şəkildə bəyan etdi ki, onlar burada irəli addım atmalı olacaqlar”, - “Reuters” agentliyi Vensin bəyanatından sitat gətirir.

O, həmçinin deyib ki, Rusiya“əksəriyyətini işğal etdiyi, lakin müəyyən hissəsinə yiyələnə bilmədiyi” Ukrayna ərazisinin bir hissəsini istəyir. Rusiya və Ukrayna liderləri üzbəüz görüşdə ərazi və təhlükəsizlik məsələlərində razılığa gələ bilərlər.

- Düşünürəm ki, bürokratik prosesdən keçilsə, “bəli” cavabını alacaqsınız. Bəzən üz-üzə oturan liderlər komandalarının həmişə keçə bilmədiyi çıxılmaz vəziyyətdən çıxa bilirlər”,- ABŞ-nin vitse-prezidenti Putin və Zelenskinin üzbəüz görüş zamanı sülh sazişinin əsas detallarını müzakirə edib razılaşdıra bilməsi barədə sualın cavabındavurğulayıb.

Politico: “Ukraynaya qoşun göndərilməsi çətin olacaq”| VİDEO
Cey Di Vens Vladimir Putinlə telefon əlaqəsindəndanışarkən Rusiya liderin “hər şey hesablayan” siyasətçi kimi qiymətləndirib. Siyasətçi qeyd edib ki, Putinlə heç vaxt şəxsən görüşməyib, lakin onunla bir neçə dəfə telefonla danışıb.

“Amerika mediasında onun haqqında müəyyən təsəvvür var. Ünsiyyətdə özünəməxsus qaydada yumşaq və hər şeyi çox yaxşı hesablayan adamdır. Çox ehtiyatlıdır. Putinin Rusiyanın maraqlarını gördüyü kimi düşünən bir siyasətçidir”,- ABŞ-nin vitse-prezidenti söyləyib.

Xatırladaq ki, Qərbdəki bəzi media qurumları daha əvvəl mənbələrə istinadən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etmək niyyətində olan ölkələrin liderlərinin milli təhlükəsizlik müşavirləri gələn həftə ərzində müzakirə üçün plan hazırlamaq niyyətində olduqlarını yazmışdılar.

Onların iddiasına görə, zəmanətlər dörd komponentdən ibarət olacaq:hərbi mövcudluq, hava hücumundan müdafiə, silahlar və hərbi əməliyyatların dayandırılmasına nəzarət.

Lakin Rusiyanın Xarici İşlər nazirliyi Moskvanın NATO qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı istənilən ssenarinin əleyhinə olduğunu açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
8
2
azvision.az

3Mənbələr