AZ

Astanada “Qazaxıstanın tarixi Kazinform fotoşəkillərində” adlı sərgi açılıb

ain.az bildirir, Azertag portalına istinadən.

Astana, 20 avqust, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astana şəhərində “Kazinform” Beynəlxalq İnformasiya Agentliyinin 105 illiyinə həsr olunmuş fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, “Qazaxıstanın tarixi Kazinform fotoşəkillərində” adlı sərgidə 1930-cu illərdən bu günə qədər cəmiyyətin və dövlətin həyatında baş verən ən mühüm hadisələri sənədləşdirmiş agentlik müxbirlərinin unikal fotoarxivləri - eksklüziv fotolar təqdim edilir.

Fotoların əksəriyyəti əvvəllər heç vaxt dərc olunmayıb və onlar Qazaxıstanın tarixində dönüş nöqtələrini əks etdirən qiymətli tarixi mənbə hesab edilir. “Sərgidə kollektivləşməni və sənayeləşməni keçmiş qazaxıstanlıların həyatı, İkinci Dünya müharibəsinin çətinlikləri, müharibədən sonrakı dövr, əsrin tikinti layihələri və müstəqilliyə gedən yol əks olunub”, - deyə “Kazinform”un idarəedici direktoru Nağaşıbəy Aldan bildirib.

Ümumilikdə 6 bölmədən ibarət olan sərgidə 188 fotoşəkil nümayiş olunur.

Fotosərgi avqustun 31-dək davam edəcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
azertag.az

1Mənbələr