AZ

“Qalatasaray” isveçrəli futbolçunun transferi üçün “Mançester Siti” ilə razılığa gəlib

Bakı, 20 avqust, AZƏRTAC

Türkiyənin “Qalatasaray” komandası İngiltərə təmsilçisi “Mançester Siti”nin futbolçusu Manuel Akanjini transfer edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, İstanbul klubunun rəsmiləri qarşı tərəflə danışıqları yekunlaşdırmaq üzrədir. “Şəhərlilər” bu keçiddən 15 milyon funt-sterlinq qazanc əldə edəcək.

İsveçrə millisinin müdafiəçisi ötən mövsüm “Mançester Siti”nin heyətində 40 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
19
1
azertag.az

6Mənbələr