AZ

Rusiyanın Ukrayna sərhədi yaxınlığındakı hava hücumları səbəbindən NATO “Eurofighter” qırıcılarını havaya qaldırıb  

NATO Ukraynanın Rumıniya ilə sərhəd bölgəsində Rusiya tərəfindən həyata keçirilən hava hücumları ilə əlaqədar Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki “Eurofighter” qırıcısını havaya qaldırıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Rusiya silah sistemləri Rumıniya hava məkanına yaxınlaşdıqda NATO tərəfindən həyəcan siqnalı ilə iki qırıcının havaya qalxmasına göstəriş verilib. Hadisə zamanı Rumıniyanın hava sərhədi pozulmayıb. Qırıcı təyyarələr Rumıniyanın Konstansa şəhəri yaxınlığındakı hərbi bazadan havaya qalxaraq insidentsiz şəkildə geri qayıdıb.

Almaniya Hərbi Hava Qüvvələri NATO-nun “Genişləndirilmiş Cənub Hava Patrulu” missiyası çərçivəsində beş “Eurofighter” döyüş təyyarəsi və 170 hərbçi ilə alyansın cənub-şərq cinahının müdafiəsinə töhfə verir. Missiyanın əsas məqsədi bölgədə təhlükəsizlik və hava məkanının bütövlüyünün qorunmasıdır. Almaniya qırıcıları 24 saat fəaliyyət göstərən və dərhal reaksiya verməyə hazır olan təcili müdaxilə qrupunun tərkibində xidmət aparır. NATO-ya üzv ölkələr bu tip missiyalarda növbəli şəkildə iştirak edir. Almaniyanın mövcud missiyası cari ay başlayıb və 2026-cı ilin mart ayınadək davam edəcək.

Seçilən
13
3
azerbaijan-news.az

4Mənbələr