AZ

Rusiyada azərbaycanlı blogerin şirkəti ləğv edildi

Rusiyada Federal Vergi Xidməti bloger Hüseyn Həsənovun təsis etdiyi şirkəti ləğv edib.

Heftelik.az  xəbər verir ki, bu barədə “Zvezdaç” Teleqram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Həsənov şəxsi inkişaf kurslarını satmaq üçün “Banda” MMC-ni təsis edib.

Lakin şirkətin hüquqi ünvanı və vəzifəli şəxslər barədə təqdim edilən məlumatların saxta olduğu üzə çıxıb.

Bununla bağlı vergi xidməti şirkəti ləğv etmək qərarı verib, onun hesabları artıq bloklanıb.

Bundan əlavə, Həsənovun kursları ilə bağlı məhkəməyə 2 milyon 675 min rubl məbləğində iki iddia daxil olub.

Qeyd olunur ki, bloger məhkəmə işlərindən bir qədər əvvəl şirkətin təsisçiləri siyahısından çıxıb.

Seçilən
22
1
heftelik.az

3Mənbələr