AZ

İran bizi inandırmağa çalışır ki, Ermənistan... - Lukaşenko

Belarus Ermənistan vasitəsilə İran və Fars körfəzinə çıxışda maraqlıdır.

Aktual.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko İran Prezidenti Məsud Pezeşkianla Minskdə danışıqların yekunu üzrə bildirib.

"İran bizi Rusiya və İran vasitəsilə logistika marşrutundan daha fəal istifadə etməyə inandırmağa çalışır. Rusiya, Ermənistan, İran və Fars körfəzi. Onlar bizi inandırmağa çalışırlar! Bizə ilk növbədə bu lazımdır", - Belarus lideri qeyd edib.

Onun sözlərinə görə, Aİİ və İran arasında tamhüquqlu azad ticarət sazişinin işə salınması ticarət əlaqələrinin coğrafiyasını genişləndirir və ölkələr üçün yeni bazarlar açır.

Seçilən
15
2
ulusum.az

3Mənbələr