Rusiya ordusu avqustun 21-i gecə saatlarında Ukraynaya kütləvi hücum həyata keçirib.
KONKRET.az-ın “RBK-Ukrayna”ya istinadən məlumatına görə, partlayışlar həm şimal, həm də mərkəzi bölgələrdə eşidilib.
Məlumata görə, Ukraynanın Sumı, Dnepropetrovsk, Zaporojye, Lvov və digər vilayətlərindəki obyektlər hücuma məruz qalıb. Hazırda yaralananlar və ya ölənlər barədə rəsmi məlumat yoxdur.
Hücumlar zamanı “Kinjal”, “Kalibr” raketləri və “Şahed” dronlarından, həmçinin uzaqmənzilli “X-101” qanadlı raketlərinin daşıyıcısı olan “Tu-95MS” və “Tu-160” strateji bombardmançı-raket daşıyıcı təyyarələrindən istifadə edilib.
Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində PUA-nın qaz kompressor stansiyasına zərbə endirdiyi də iddia edilir, hadisə yerində yanğın baş verib.