AZ

Rusiya və Ukrayna mövqeləri atəşkəsə imkan vermir

ABŞ-ın Rusiya ilə, daha sonra isə Ukrayna və Avropa liderləri ilə görüşləri Ukraynada üç ildən artıq davam edən müharibə fonunda danışıqlar üçün ən geniş platformalardan birini formalaşdırdı. Hər iki tərəf müharibədən yorulsa da, döyüşlərin hələ də davam etdiyi görünür. ABŞ istəyir ki, çox qısa müddət ərzində – Çində keçiriləcək böyük tədbirlər ərəfəsində bu istiqamətdə hər hansı bir irəliləyişə nail olsun.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Məmmədov danışıqlar prosesini şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə bir neçə amil danışıqların çətinləşməsinə səbəb olur:

“Danışıqlar baxımından Rusiya müharibənin nəticələrini daha çox legitimləşdirmək niyyətindədir. Ukrayna rəhbərliyi isə sadəcə atəşkəsə razıdır. Çünki hüquqi baxımdan ərazidən imtina etmək olduqca çətin prosesdir və yalnız legitim hakimiyyətin qərarı ilə mümkün ola bilər”.

Politoloq qeyd edib ki, kompromislərin əldə olunması halında müəyyən irəliləyiş baş verə bilər:

“Əgər danışıqların müəyyən mərhələlərində Rusiya və Ukrayna arasında qarşılıqlı kompromislər əldə olunarsa, iki ölkə arasında atəşkəsə, Rusiya ilə Qərb dövlətləri arasında isə daha geniş anlaşmaya nail olmaq mümkündür. Lakin hazırda Rusiya və Ukraynanın tutduğu mövqelər hətta sadə atəşkəsin belə reallaşmasına imkan vermir”.

Seçilən
11
1
axar.az

2Mənbələr