Bakı. Trend:
Avqustun 20-də Azərbaycan Respublikasının DominikanRespublikasındakı səfiri Ruslan Rzayev etimadnaməsini DominikanRespublikasının Prezidenti Luis Abinaderə təqdim edib.
Azərbaycanın Dominikan Respublikasındakı Səfirliyindən Trend-ə verilən məlumatagörə, Dominikan Respublikasının Prezidenti ilə söhbət zamanı səfirR.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsalamlarını Dominikan Respublikasının Prezidenti Luis Abinaderəçatdırıb. Dövlət başçısının salamlarına görə, minnətdarlığınıbildirən Dominikan Respublikasının Prezidenti öz növbəsində, onunda salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağıxahiş edib.
Görüş əsnasında iki ölkə arasında müxtəlif istiqamətlərdəəlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu vurğulanıb,beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davametdirilməsinin vacibliyi qeyd edilib, həmçinin qarşılıqlı maraqdoğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.