AZ

Kuril adalarında zəlzələ qeydə alınıb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Seysmoloqlar Kuril adaları ərazisində hiss olunan zəlzələ qeydə alıblar.

APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının “Birləşmiş Geofizika Xidməti” Federal Tədqiqat Mərkəzinin filialından məlumat verilib.

Məlumata görə, yeraltı təkanlar Saxalin vaxtı ilə saat 08:25-də Şikotan adasında yerləşən Malokurilsk kəndindən 74 kilometr cənub-şərqdə, dəniz dibinin 41 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələnin maqnitudası 4,5 olub. Təkanlar Şikotan və Kunashir adalarında 2–3 bal gücündə hiss edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
1
apa.az

3Mənbələr