BAKI, 21 avqust. TELEQRAF
Vaşinqtondan olan balıqçının dənizə çıxdığı yaxta Kaliforniya sahillərində aşkar edilib.
Teleqraf xəbər verir ki, 70 yaşlı Coel Kavahar avqustun əvvəlində dənizə çıxıb.
Avqustun 8-də o, sonuncu dəfə əlaqə saxlayıb, sonra cavab verməyi dayandırıb. Sahil mühafizəsi balıqçı yaxtasını izləməyə başlayıb. Kavahar əlaqəyə çıxmasa da, yaxtanın bir neçə gün ərzində cənuba doğru hərəkət etdiyi müəyyən edilib.
Avqustun 12-də axtarış təyyarəsi yaxtanın üzərindən uçub və onun işıqlarının yanılı, xilasetmə qayığının isə yerində qaldığını görüb. Kabus-gəmi Kaliforniyanın ştatının sularına daxil olduqda, sahil mühafizəsi xilasetmə gəmisi göndərib. Onun ekipajı da gəmidə heç kimin olmadığını müəyyən edib. Yaxtanın sahibi izsiz-soraqsız yoxa çıxıb.
Kavaharın axtarışlarını dayandırmaq qərarı alınıb.