Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının (AFU) məlumat bazasının sındırılması baş verənlərə dünyanın gözünü açmaq məqsədi daşıyıb...
Poliqon xəbər verir ki, bunu RT kanalına KillNet qrupunun Palach Pro ləqəbli hakeri deyib.
O vurğulayıb ki, KillNet heç bir effekt gözləmir. Hakerlər sadəcə olaraq bütün dünyanın, xüsusən də ukraynalıların gözlərini açmaq istəyirlər ki, Ukrayna hakimiyyəti öz mənfəətləri üçün hansı itkilərə yol verir.
Palac Pro ukraynalı hakerləri barbar adlandıraraq qeyd edib ki, rus hakerlər yalnız hərbi şəbəkə infrastrukturuna hücum edərkən, ukraynalılar mülki sektora hücum etməyə çalışırlar.
Haker qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski yaxın vaxtlarda Rusiya ilə razılaşmasa, Ukrayna xalqı vasitəsilə ona çatmağa çalışacaqlar.
Poliqon.info