AZ

Çempionlar Liqası: "Fənərbağça" doğma meydanda "Benfika" ilə heç-heçə edib

UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matçlara yekun vurulub. SİA xəbər verir ki, son oyun günündə dörd qarşılaşma keçirilib.

Türkiyənin "Fənərbağça" klubu İstanbulda Portuqaliya nəhəngi "Benfika"nı qəbul edib. Görüşdə qapılara qol vurulmayıb. Eyni hesab "Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan) matçında da qeydə alınıb. Danimarka "Kopenhagen"i İsveçrədə "Bazel"lə 1:1 hesablı heç-heçə edib, Avstriyanın "Şturm" kollektivi isə Norveçdə "Bude/Qlimt"ə 5 cavabsız qolla uduzub.

Qeyd edək ki, ötən gün baş tutan matçlarda "Qarabağ" Macarıstanda "Ferensvaroş"a, Belçika "Brügge"si Şotlandiyada "Reyncers"ə 3:1, Kiprin "Pafos" klubu isə Serbiyada “Srvena Zvezda"ya 2:1 hesabı ilə qalib gəlib. Bu mərhələnin cavab matçları avqustun 26-27-də keçiriləcək.

Seçilən
7
1
sia.az

2Mənbələr