Türkiyə təmsilçisi "Fənərbağça" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Benfika" ilə (Portuqaliya) bərabərə qalıb.
Axar.az xəbər verir ki, İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda baş tutan matçda hesab açılmayıb.
Oyunun 71-ci dəqiqəsində qonaqların heyətində Florentinu Luiş qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, tərəflər arasında cavab matçı avqustun 27-də Portuqaliyada keçiriləcək.