AZ

“Apple” ağıllı saatlara smartfonlardakı bu funksiyanı gətirir

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Apple” smart saatlarına “Touch ID” ni (barmaq izi oxuyucusu)  gətirmək üzərində işləyir. 

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbinə görə, bu barədə şirkətin hesabatında qeyd olunub. 

Bu xüsusiyyətin gələn ilin əvvəlində satışa çıxardılacaq “Apple Watch Ultra 4”də olacağı gözlənilir. 

Məlumatda bildirilir ki, ağıllı saatlar çox kiçik olduğundan, “Touch ID” sensorunun yerləşdirilməsi problem yaradır. 

Odur ki, “Apple” in “iPad Air“ seriyasında olduğu kimi sensoru bir düyməyə birləşdirəcəyi güman edilir. 

Yaxud da barmaq izi funksiyasının android telefonlarında olduğu kimi ekranın altına inteqrasiya oluna biləcəyi gözlənilir.

Yeni funksiyanın 2026-cı il modellərində olacağı bildirilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
6
qafqazinfo.az

7Mənbələr