AZ

Ukrayna İranla vizasız səfərlərlə bağlı memorandumu ləğv etdi

Ukrayna Nazirlər Kabineti İranla diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız səfərləri ilə bağlı anlaşma memorandumunu ləğv edib.

Publika.az xəbər verir ki, bunu hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk "Telegram"da bildirib.

"Ukrayna hökuməti ilə İran İslam Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız səfərləri ilə bağlı 15 mart 1993-cü ildə Kiyevdə imzalanmış anlaşma memorandumu ləğv edilib", - o qeyd edib.

Seçilən
27
12
publika.az

10Mənbələr