Tovuz rayonunda qidadan zəhərlənən şəxslərin kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, 2021-ci il təvəllüdlü Ramil Tağıyev, onun qardaşı 2024-cü il təvəllüdlü Kamal Tağıyev, həmçinin 2002-ci il təvəllüdlü Nurtac Tağıyeva və 2010-cu il təvəllüdlü Eltac Tağıyev qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, həmin şəxslərin dönərdən zəhərləndiyi ehtimal olunur. Hadisə rayonun Əyyublu kəndində baş verib.
***
23:15
20.08.2025
Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.