AZ

Azərbaycanda torpaq uçqunu baş verdi – Həlak olan var

Abşeron rayonunun Qobustan kəndində ölümlə nəticələnən torpaq uçqununun təfərrüatı məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 19-da axşam saat 18 radələrində baş verib. Abşeron rayonunun Qobustan kənd sakinləri olan 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov, 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov və onların Abşeron rayonu, Saray qəsəbəsindən olan tanışları kəndin yaxınlığındakı Təzəkənd gölü adlanan əraziyə balıq tutmaq üçün gediblər.

Hadisə vaxtı R.Əhmədov və N.Osmanov eyni ərazidə, Saray qəsəbəsindən olan tanışları isə onlardan təxminən 15 metr aralıda dayanıb, hər üçü balıq tutmağa başlayıb. Təxminən yarım saatdan sonra gölün kənarındakı kiçik qaya parçasında uçqun olub və daş parçası torpaqla birlikdə N.Osmanovla R.Əhmədovun üzərinə tökülüb. Hadisə nəticəsində hər iki şəxs uçqunun altında qalıb.

Onlarla birlikdə balığa gələn üçüncü şəxs dərhal hadisə barədə kənd sakinlərinə məlumat verib və torpaq altında qalan şəxslərin çıxarılmasına başlanılıb. Hadisə nəticəsində N.Osmanov sağ çıxarılsa da, R.Əhmədoun həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti kənd sakinləri tərəfindən çıxarılaraq ailəsinə təhvil verilib.

***

Kliniki Tibbi Mərkəz Qobustanda torpaq uçqunu zamanı xəsarət alan balıqçının vəziyyətini açıqlayıb.

Mərkəzdən bildirilib ki, avqustun 19-da bir nəfər (kişi cinsli) müxtəlif növ xəsarətlərlə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1990-cı il təvəllüdlü şəxsə hər iki qabırğanın fəsadlaşmamış yerdəyişmiş sınığı, burun və almacıq sümüyünün sınığı, aşağı ətrafların zədələnməsi diaqnozu təyin olunub.

Zəruri ilkin tibbi yardım göstərilən şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

10:05

Qobustan rayonunda torpaq uçqunu faciə ilə nəticələnib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Əhmədov çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidə torpaq uçqunu nəticəsində ölüb.

Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Osmanov isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
68
bizimshow.az

1Mənbələr