Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.
Referans-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Belə ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta