AZ

Tovuzda bir ailənin 5 üzvü qidadan zəhərləndi

  Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.

Referans-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Belə ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.  

Seçilən
58
19
referans.az

10Mənbələr