AZ

Tovuzda bir ailənin 5 üzvü qidadan zəhərlənib - FOTO 

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Belə ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

***

Tovuzda dönərdən zəhərlənən 5 nəfərdən 3-ü azyaşlıdır.

Məlumata görə, Tovuz rayonun Əyyublu kənd sakinləri Şəmkirdə yedikləri dönərdən zəhərləniblər.

Hazırda zəhərlənən şəxslərin müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Tovuzda

Tovuzda

Tovuzda

Seçilən
72
19
avtosfer.az

10Mənbələr