AZ

Göygöldə kişi 15 manata görə BIÇAQLANDI

Göygöldə şəxsi münaqişə qanla nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonunun Əzgilli kəndində baş verib.
 

Kənd sakini 1990-cı il təvəllüdlü Azər Məmmədov bədəninin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə öncə Göygöl rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib.


O dərhal əməliyyata götürülüb, hazırda vəziyyəti stabil qiymətləndirilir.

İlkin məlumata görə, Məmmədovu qonşusu Emin adlı şəxs 15 manat pul borcu səbəbindən yaranan mübahisə zəminində bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
54
1
bizim.media

2Mənbələr