AZ

Bu il Britaniya Azərbaycandan 459 milyon tondan çox neft alıb

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Böyük Britaniyaya 212,8 milyon ABŞ dolları dəyərində 459,7 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 178,1 milyon ABŞ dolları və ya 45,6% azdır, həcm ifadəsində isə 190,4 milyon ton və ya 29,3% çoxdur.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan Böyük Britaniyaya 390,9 milyon ABŞ dolları dəyərində 650,1 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilmişdi.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb. Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
14
azpost.info

10Mənbələr