AZ

İdmançımız Avropada medal qazandı

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, yarışın dördüncü günündə qadın güləşində ilk medal əldə edilib.

 

Günay Qurbanova (59 kiloqram) bürünc medal uğrunda qarşılaşmada kanadalı Ella Findinqlə üz-üzə gəlib. İlk hissədə qazanılan xallar həlledici olub. Rəqibinə 4:1 hesabıyla qalib gələn Günay dünya üçüncüsü olub.

 

Beləliklə, dünya çempionatında medallarımızın sayı 4-ə çatıb. Xatırladaq ki, öncəki günlərdə 3 sərbəst güləşçimiz bürünc medal qazanıb.

Seçilən
55
8
modern.az

9Mənbələr