“Vest Hem” transfer pəncərəsinin sonunadək yarımmüdafiəçi almağı planlaşdırır.
90deqiqe.Az-ın "The Guardian"a istinadən məlumatına görə, London klubu “Feyenoord”un futbolçusu Kventin Timberlə maraqlanır.
Komandanın baş məşqçisi Qrem Potterin əsas hədəfi “Sauthempton”dan Mateus Fernandeş olsa da, bu transferin baş tutma ehtimalı aşağıdır. Buna görə də “Vest Hem”in diqqəti 24 yaşlı hollandiyalı yarımmüdafiəçiyə yönəlib.
Qeyd edək ki, Kventin Timber “Arsenal”da çıxış edən Yurien Timberin əkiz qardaşıdır.
Ötən mövsüm Kventin Timber “Feyenoord”un heyətində 26 oyuna çıxaraq 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri “Transfermarkt” tərəfindən 30 milyon avro olaraq qiymətləndirilir.