AZ

İSRAİL İLHAQ PLANINA START VERDİ: Qəzza və ətrafı nəzarətə götürüldü, bir milyon insan cənuba köçürüləcək

İsrail ordusu bir qədər əvvəl təsdiqlədiyi plana uyğun olaraq, Qəzzanın ilhaqınınn birinci mərhələsini həyata keçirdiyini təsdiqləyib.

Mia.az xarici mətbuiata istinadla xəbər verir ki, bu haqda İsrail ordusunun sözçüsü Effie Defrin açıqlama verib.

İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, Qəzza şəhərini tamamilə işğal etməyə hazırlaşan İsrail ordusu 60 min ehtiyat əsgəri də orduya çağırmağa qərar verib: "İlhaq planının birinci mərhələdə təxminən bir milyon fələstinli cənuba köçürüləcək, şəhər mühasirəyə alınacaq və intensiv hücumlarla oradakı yaraqlılar təmizlənəcək. İkinci mərhələ Qəzzanın mərkəzində, əsasən xarabalığa çevrilmiş qaçqın düşərgələrinin zəbti nəzərdə tutulur".

Samir MUSAYEV
MİA.AZ

Seçilən
75
3
mia.az

4Mənbələr