ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İkiillik ''Fənərbaxça'' karyerasını 99 oyun 46 qol, 18 ötürmə göstəriciləri ilə tamamlayan və bu yay Türkiyədən ayrılaraq sərbəst oyunçu statusunda ''Fiorentina''ya yollanan Edin Ceko ''Corriere dello Sport'' nəşrinə diqqətçəkən açıqlamalar verib. 39 yaşlı təcrübəli forvard Türkiyə futbolu ilə bağlı etiraflar edərək bunları deyib:
''Türkiyədə oynamaq asan deyil. Təzyiq həddən artıq böyükdü. Orda hər şeyi sosial şəbəkələr və ''tvitter'' müəyyənləşdirir. İnsanların psixoloji durumuna, narazılıqlarına təsir edir. Bir il öncəki mövsümü 99 xalla bitirmişdik. ''Qalatasaray''dan 3 xal geri qalaraq ikinci olmuşduq. Amma mənə elə gəlir ki, 105 xal da toplasaydıq, yenə ikinci olacaqdıq! Son turda ''Fənərbaxça'' səfərdə güclü rəqiblərdən olan ''Göztəpə''yə qarşı oynadı və Talişka 93-cü dəqiqədə penaltini qaçırdı. ''Qalatasaray'' fanatları yenə ''tvitter''ə axışdılar. Onlar zərbədən sonra hakimin ayaq hərəkətinə diqqət çəkərək guya onun topu qapıya vurmaq istədiyini iddia etdilər. Mourinyonun Türkiyə çempionu olmağı həddən artıq çox istədiyini bilirəm. Bu, onun az qala gecə-gündüz düşündüyü bir şeydi''.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.