Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz rayonunun Əyyublu kəndində qeydə alınıb.
Belə ki, bir ailənin 5 üzvü qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Yaxınlarının deməsinə görə onlar dönər yedikdən sonra halları dəyişib.
Faktla bağlı araşdırma aparılır.