AZ

Karib dənizində parlaq narıncı rəngdə köpəkbalığı aşkarlanıb

Kosta-Rika sahillərində - Karib dənizinin sularında parlaq narıncı rəngdə köpəkbalığı aşkarlanıb.Bu barədə “Independent” xəbər verir.

Təxminən 1,8 metr uzunluğunda olan köpəkbalığı “Tortugero” Milli Parkının yaxınlığında 37 metr dərinlikdə aşkarlanıb. Adətən, qəhvəyi rəngdə olan bu növün narıncı görünüşü nadir dəri xəstəliyi ilə əlaqələndirilir.

Alimlər köpəkbalığının rənginin piqmentasiya pozuntusu nəticəsində dəyişdiyini söyləyirlər.

Bildirilir ki, Karib dənizində köpəkbalığı, skat və digər bu kimi qığırdaqlı balıqlar arasında bu hal ilk dəfə qeydə alınıb.

Seçilən
68
12
anews.az

10Mənbələr