AZ

Ukraynalı hücumçu "Napoli"in maraq dairəsində

"Napoli" zədəli Romelu Lukakuya əvəzəedici axtarışını davam etdirir.

İdman.biz xəbər verir ki, İtaliya çempionu Artyom Dovbiki hədəfə alıb.

"Roma"da çıxış edən ukraynalı hücumçunun təmsilçiləri ilə ilkin danışıqlar aparılıb. Ötən mövsümdə "canavarlar"ın heyətində 35 oyunda 17 qolla yadda qalan Dovbikin "Milan"ın maraq dairəsində olduğu bildirilir.

Qeyd edək ki, Lukaku 3 aylığa sıradan çıxıb. "Napoli" ön xətdə əsas heyətdə oynaya biləcək forvard axtarır.

İdman.biz

Seçilən
46
idman.biz

1Mənbələr