M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti maestro Niyazinin doğum gününə həsr olunmuş konsert keçirilib.
Kulis.az APA-ya istinadənxəbər verir ki, konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu altında Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dəstəyi ilə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Vasif Adıgözəlovun, Asəf Zeynallının və Maestro Niyazinin seçilmiş əsərləri ifa olunub.
Qeyd edək ki, tədbir Niyazinin zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaq və sənətinə ehtiram ifadə etmək məqsədi daşıyır.
İlkin Naib