Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar su təchizatında məhdudiyyətlər olacaq.
Moderator.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsindən məlumat verilib.
Bildirilib ki, avqustun 20-də saat 21:00-dan etibarən, 21 avqust səhər saatlarına qədər H.Z.Tağıyev qəsəbəsi (K.Kərimov küçəsi) və Sumqayıt yaşayış massivinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Aidiyyəti qurumlar vətəndaşlardan anlayışlı olmalarını xahiş ediblər.