AZ

Petrosyan sülhə qarşı çıxdı – Rusiyaya çağırış etdi

“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhə qarşı çıxan sabiq prezident Levon-Ter Petrosyanı bağışlamayacaq”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Arusyak Julhakyan deyib.

Siyasətçi Ermənistanın keçmiş prezidentinin açıq şəkildə sülh prosesinə qarşı çıxdığını, ABŞ-də Bakı və İrəvan arasında əldə edilmiş razılaşmaya kölgə salmağa çalışdığını, Rusiyanı bunun qarşısını almaq üçün fəallaşmağa çağırdığını bildirib. Pepperoni pizza

Julhakyan qeyd edib ki, Petrosyan vaxtilə “sülh və mehriban qonşuluq”dan danışsa da, bu gün tamamilə əks mövqe sərgiləyir:

“Sülh, barışıq, mehriban qonşuluq” şüarının müəllifi, “qonşularla normal münasibətlərin böyük tərəfdarı” olan birinci prezident avqustun 8-də regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində atılan nəhəng addımı dəyərləndirməli, ən azı, əldə olunmuş razılaşmaların müsbət və (əgər varsa) mənfi tərəflərindən danışmalı idi. Bu arada, bu on gün ərzində Ter-Petrosyan üç dəfə çıxış edib, birinci dəfə Rusiyanın niyə susmasından, ikinci dəfə isə “Ermənistan tarixi, yoxsa erməni tarixi?” mövzusundan, üçüncüsündə də Qarabağ ermənilərinin niyə susmasından və küçələrə çıxıb etiraz etməmələrindən danışıb”.

Deputat əlavə edib ki, Petrosyanın Baş nazir Nikol Paşinyan sülh səylərinə və 7 il əvvəl həyata keçirdiyi uğurlu inqilabına görə bağışlaya bilmir:

“Belə qənaətə gəlmək olar ki, Petrosyan Paşinyanı bağışlamayacaq. O, 2020-ci il müharibəsində (Azərbaycana) məğlubiyyəti yox, 2018-ci il inqilabındakı qələbəni - Paşinyanın başladığı və onu uğursuzluğa düçar edən inqilabı başa çatdırmasını bağışlamır. Paşinyan da başladığı və uğursuzluğa düçar olduğu sülh prosesini başa çatdırıb nəsillərimizin təqdirini və minnətdarlığını qazananda bağışlamayacaq”./Teleqraf


Telegram kanalımız
Seçilən
48
4
yenisabah.az

6Mənbələr