Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 551,9 min ton qara metal və ondan hazırlanan məmulatlar idxal edilib.
Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda metalın idxalına çəkilən xərcin həcmi 627,8 milyon ABŞ dolları təşkil edib.
Qara metal və ondan hazırlanan məmulatların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 42 min ton və ya 7,1%, dəyər ifadəsi ilə 52,2 milyon ABŞ dolları, yaxud da 7,7% azalıb.
Qeyd edək ki, ötən ay idxal olunan qara metal və ondan hazırlanan məmulatların ümumi idxalda xüsusi çəkisi 4,61% təşkil edib.
Eyni zamanda 2025-ci ilin ilk yeddi ayında Azərbaycandan 53,8 milyon ABŞ dolları dəyərində 51,5 min ton qara metal və ondan hazırlanan məmulatlar ixrac edilib. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 8,6 milyon ABŞ dolları və ya 19,1%, həcm baxımından isə 5,5 min ton və yaxud 11,9% artım deməkdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.