ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
NATO ölkələrinin müdafiə nazirləri Ukraynanı dəstəklədiklərini bir daha təsdiqləyiblər.
Bu barədə alyansın Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone “X” sosial şəbəkəsində bildirib.
“Bu gün NATO-nun müdafiə rəisləri arasında əla və səmimi müzakirə oldu. Hər kəsə bu görüşlərdə həmişə fəal iştirakına görə təşəkkür etdim: biz həmrəyik və bu birlik həmişə olduğu kimi, bu gün də xüsusilə nəzərə çarpırdı. Ukraynaya gəlincə, biz dəstəyimizi bir daha təsdiqlədik. Prioritet ədalətli, etibarlı və davamlı sülh olaraq qalır”, - admiral yazıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.