Rusiyanın Xəzər dənizindəki hərbi obyektində Ukraynaya məxsus pilotsuz təyyarələrin hədəfinə çevrilən “Port Olya-4” yük daşıyıcısı ciddi zədələnib.
Peykdən çəkilmiş fotoşəkildə gəminin göyərtəsinin yarısı su ilə dolu olduğu əks olunub.
Yarı batmış Port Olya-4 gəmisinin yanında bir kran və yedək gəmisi var.
SİA-nın məlumatına görə, OSINter Telegram kanalında Dnipro Osint (Garbuz)izah edib.Mesaj müəllifi qeyd edib ki, gəmi rusların xilas edib sudan qaldırmağa çalışdığı “cəsəd”ə çevrilib.
Rusiya Federasiyasının “Şahed” kamikadze pilotsuz uçan aparatları üçün komponentləri daşıdığı zədələnmiş yük daşıyıcısının fotoşəkili ilə mesaj hərbi obyektə pilotsuz təyyarə hücumundan beş gün sonra, avqustun 20-də səhər saatlarında peyda olub.
Fotonun dəqiq nə vaxt çəkildiyi göstərilməyib.
Əli Babayev