AZ

Ermənistan və Rusiya rəsmiləri regional kommunikasiyaların açılmasını müzakirə ediblər

Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Mher Qriqoryan və Aleksey Overçuk regional kommunikasiyaların blokdan çıxarılması məsələlərini müzakirə ediblər.

Bakues.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Onlar ərazi bütövlüyü, suverenlik, ölkələrin yurisdiksiyası və qarşılıqlılıq prinsiplərinə tam əməl olunması çərçivəsində regional kommunikasiyaların blokdan çıxarılmasının vacibliyini vurğulayıblar.

Qeyd olunur ki, baş nazirin müavinləri, Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri də geniş tərkibdə danışıqlar aparıblar.

Seçilən
23
11
icma.az

10Mənbələr