AZ

Zəngəzur dəhlizinin əsas komponenti olacaq dəmir yolunun təməli qoyulacaq KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Zəngəzur dəhlizinin əsas komponenti olacaq Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək.

KONKRET.az Oxu.Az -a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir bildirib ki, bu layihə Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcək: Dominos pizza

“Bu həm Türkiyənin logistik imkanlarını artıracaq, həm də Asiyaya uzanan ticarət yollarında etibarlı bir körpü rolunu oynayaraq ölkəmizin geostrateji mövqeyini möhkəmləndirəcək”.

Uraloğlunun sözlərinə görə, layihənin icrası üçün 2,4 milyard avro məbləğində xarici maliyyə təmin edilib.

“Bu, 224 kilometrlik iki xətli dəmir yolu olacaq. Xəttin illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq imkanına sahib olacağı gözlənilir. Bu layihə sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni, fasiləsiz dəmir yolu əlaqəsi qurulacaq”, – deyə türkiyəli nazir vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
4
konkret.az

5Mənbələr