AZ

Evini su xəttinin üzərində tikən sakin çıxılmaz vəziyyətdə qaldı

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Bakının Sabunçu rayonunda su borusu partlayıb və ətrafı içmili su basıb.

Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti"nə müraciətlərində bildiriblər.

Qeyd edilir ki, Sabuncu rayonu, Anaşkin kuc 8b.ünvanında əhaliyə verilən içməli su xəttində nasazlıq yaranıb və su ətrafa axır. Evlərin həyəti, zirzəmilər su ilə dolub.

Bildirilir ki, bu barədə dəfələrlə lazımı orqanlara deyilsə də, heç bir nəticə verməyib.

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, Sabunçu sukanal idarəsi bu ərazidə baş verən su axıntısı barədə məlumatlıdırlar.

"Vətəndaş su xəttinin üzərində tikdiyinə görə, xətdə olan qəza onun evinin iki metr dərinliyində baş verib. 

Qəza xidməti bu səbəbdən qəzanı aradan qaldıra biımir, baxmayaraq ki, problemin həlli istiqamətində işlər görüblər.

Hazırda xətdə su müvəqqəti dayandırılıb ki, vıtəndaş nasos vasitəsilə suyu kənarlaşdıra bilsin.

Vətəndaşa profilaktik məsləhətlər verilib, vəziyyətdən real çıxış yolları göstərilib".

Ziya SƏCCAD

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
1
baku.ws

2Mənbələr