AZ

Ordubadın bəzi kəndlərində qaz olmayacaq

Ordubad rayonunun bəzi kəndlərində yeni qaz tənzimləyici quraşdırılması ilə bağlı qaz təchizatı dayandırılacaq.

News24.az xəbər verir ki, Ordubad şəhərinin Üçtürləngə küçəsində, Ordubad rayonunun Anabat, Gənzə, Aşağı Əndəmic, Yuxarı Əndəmic və Nüs-Nüs kəndlərində( 917 abonent) 21.08.2025 tarixdə saat 11:00-dən saat 12:00-dək, Ordubad şəhərinin C.Hüseynov küçəsində (85 abonent) saat 11:00-dən saat 13:00-dək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Seçilən
113
13
news24.az

10Mənbələr