AZ

Kiyev məlumatı “feyk” alandıraraq yayılan rəqəmləri rədd edib

Kiyev Ukrayna Silahlı Qüvvələrinin (USQ) 1,7 milyon nəfər itki verdiyi barədə yayılan məlumatları təkzib edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə açıqlama Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin Telegram kanalında verilib.

Məlumatda deyilir: “Ukrayna-Rusiya müharibəsində USQ-nin 1,7 milyon həlak olmuş və ya itkin düşmüş hərbçisi barədə məlumat – saxtadır.”

Bəyanatda vurğulanır ki, Ukrayna müstəqillik illərində heç vaxt 1,7 milyonluq müntəzəm orduya sahib olmayıb. 2025-ci ilin yanvarına olan məlumata görə, Ukrayna ordusunun sayı 880 min hərbi qulluqçu təşkil edib.

Seçilən
23
nocomment.az

1Mənbələr