AZ

Netanyahudan Makrona sərt sözlər

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronu beynəlxalq ictimaiyyəti Fələstin dövlətini tanımağa çağırmaqla Fransada antisemitizmin alovlanmasına səbəb olmaqda ittiham edib.

Modern.az xəbər verir ki, bu barədə o, rəsmi məktubunda bildirib. Məktub AFP-yə təqdim olunub. Fransa isə bu ittihamlara sərt cavab verib: "Fransa antisemitizmlə mübarizədə heç kimdən dərs almağa ehtiyac duymur."

“Sizi zəifliyi fəaliyyətlə, sakitləşdirməni isə iradə ilə əvəz etməyə çağırıram. Bunu açıq şəkildə müəyyən olunmuş tarixədək – yəhudi yeni ili, 23 sentyabr 2025-dək etməyinizi istəyirəm”, - deyə Netanyahu Makrona yazdığı məktubda qeyd edib.

O, Fransada antisemitizmin artmasından və Fransa hökumətinin qərarlı tədbirlər görməməsindən dərin narahatlıq keçirdiyini bildirib. Netanyahu qeyd edir ki, Makronun İsrailə qarşı tənqidi çıxışları və Fələstin dövlətinin tanınmasını dəstəkləməsi Fransadakı antisemit əhvali-ruhiyyəni daha da alovlandırıb.

Netanyahu məktubda bildirir ki, Fransa şəhərlərində yəhudilərə qarşı qorxu, vandalizm və zorakılıq kampaniyası başladılıb.

O, son aylarda Fransada baş verən bir neçə hadisəni - El Al aviaşirkətinin Parisdəki ofisinin dağıdılması, Livry-Gargan şəhərində bir yəhudinin hücuma, eləcə də bir neçə ravvinin Paris küçələrində fiziki zorakılığa məruz qalması kimi hadisələri nümunə göstərib. Netanyahu bu hadisələri izolyasiya olunmuş yox, ümumi bir bəlanın əlaməti adlandırıb.

Məktubda Makronun Fələstin dövlətinə dəstəyinin antisemit odunu alovlandırdığı və Fransadakı yəhudilərə qarşı nifrəti təşviq etdiyi bildirilir.

Netanyahu məktubunda ABŞ Prezidenti Donald Trampı da nümunə kimi göstərərək, onun Amerikadakı yəhudiləri qorumaq və antisemit cinayətlərə qarşı mübarizə aparmaq istiqamətindəki səylərini yüksək qiymətləndirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
2
modern.az

3Mənbələr